AZ

700 manatlıq fərq Voronsov üçün həlledici oldu

1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın hücumçusu Ruslan Voronsovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, üç 1-ci Liqa klubunun istədiyi oyunçu "Səbail"lə razılaşıb.

Dəqiqləşdirsək, elitaya yüksəlmək şansı daha real görünən "Şəfa"nın təklif etdiyi maaşdan 700 manat daha çox ödəməyə razılaşan "dənizçilər" hazırda karyeranı yox, pulu düşünən ön xətt oyunçusunu rənglərinə bağlayıb.

Voronsov ötən mövsümün sonunda "Qəbələ"dən ayrılaraq "Şahdağ Qusar"la müqavilə bağlayıb.

Qeyd edək ki, 1-ci Liqanın turnir cədvəlində 30 xalla şəriksiz lider mövqeyində qərarlaşan "Şəfa" 2-ci pillədəki "Baku Sportinq"i 5 xal qabaqlayır. 22 xala malik "Səbail" isə 3-cü sıradadır.

Nihat

Seçilən
41
fanat.az

1Mənbələr