AZ

Yük maşını İrandakı etirazçılara dəstək mitinqini taran edib | VİDEO

AzVision.az “Los Angeles Times (LYT)” nəşrinə istinadən xəbər bildirir ki, hadisə yanvarın 11-də təxminən 3000 nümayişçinin toplaşdığı Vestvud rayonunda baş verib.

“Şəhər yanğınsöndürmə idarəsindən verilən məlumata görə, yük maşını 1 nəfəri vurub, o, ciddi xəsarət almayıb. Digər iki iştirakçıya hadisə yerində tibbi yardım göstərilib, bundan sonra onlar həkimlərin əlavə nəzarətindən və yardımından imtina ediblər”,- qəzet yazır.

Yayımlanan xəbərlərdə yük maşınının sürücüsünün hüquq-mühafizə orqanları gələnə qədər etirazçılar tərəfindən döyüldüyü və onu saxlanıldığı bildirilir. Los-Anceles polisinin kapitanı Riçard Qabaldon sürücünün yaralandığını təsdiqləyib. O, dəqiqləşdiribki, əvvəllər heç bir cinayət törətməmiş sürücü ölümcül silahla hücum etməkdə ittiham oluna bilər.

ABŞ Baş prokurorunun köməkçisi Bill EssayliƏdliyyə nazirliyinin insidentdən xəbərdar olduğunuvə Federal Təhlükəszilik Bürosu (FTB) agentlərinin hadisə yerində işləydiyini açıqlayıb.

- FTB hadisə yerindədir və sürücünün motivini müəyyən etmək üçün Los-Anceles polisi ilə işləyir. İstintaq davam edir və daha çox məlumat əldə olunduqca ictimaiyyəti məlumatlandıracağıq”, - Bill Essayli “X” social şəbəkəsindəki jesabında paylaşım edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
32
2
azvision.az

3Mənbələr