AZ

Cəlilabadda ağır qəza – FOTOLAR

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Ələt–Astara avtomobil yolunda Cəlilabad rayonu ərazisindən keçən hissəsində avtoqəza olub.

Belə ki, hərəkətdə olan “Niva” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin ön və yan hissələri ciddi şəkildə deformasiyaya uğrayıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Turab

Seçilən
30
nocomment.az

1Mənbələr