AZ

Çobanlar yarım milyonluq cinayətə görə həbs edildi

Azərbaycanda çobanlar böyük yeyinti cinayətində ittiham olunur.

Publika.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunda baş verib.

Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları “aradan çıxarıblar”.

Çox sayda heyvanı oğurlanan Adil Qənbər oğlu Baxışov rayonda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onun bir neçə ferması, yüzlərlə mal-qarası var.

Sahibkar cinayətdən xəbər tutan kimi Kəmaləddin və Ceyhunun əməli barədə prokurorluğa şikayət edib.

Seçilən
54
publika.az

1Mənbələr