Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Cənab Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində olduqca maraqlı mövzulara toxunub. Bu məsələlərdən biri də, Qəzzaya silahlı qüvvələrin göndərilməsi ilə bağlı məsələ idi. Prezident qəti şəkildə bildirdi ki, "Qəzzaya silahlı qüvvə göndərilməyəcək". Bu məsələ, sözün əsl mənasında müzakirə edilən bir mövzuya çevrildi. Etiraf edək ki, bu çıxış bir rəhbərin öz xalqına verdiyi dəyərin bariz nümunəsidir. Prezident qeyd edib: “Azərbaycanlıların həyatını və sağlamlığını başqaları üçün riskə atmaq niyyətimiz yoxdur”.
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Qəzzaya Azərbaycan əsgərinin göndərilməsi ilə bağlı suala verdiyi cavabı çox aydın oldu.
Azər Badamov
“Azərbaycan ölkə xaricində heç bir döyüş əməliyyatlarına qatılmaq niyyətində deyil. Bunun üçün ölkəmizin kifayət qədər əsasları var. Çünki, torpaqlarımız işğal olunan dövrdə və ya da işğal altında olduğu 30 ildə ərəb liqası ölkələri ərazilərimizin işğaldan azad edilməsi üçün hər hansı bir canlı və ya maliyyə dəstəyi göstərəcəyti ilə bağlı heç olmasa bir açıqlama verdimi? O cümlədən, 44 günlük Vətən müharibəsi dövründə də biz onlardan bir dəstək görmədik. Əksinə, müharibə gedən vaxtı Fələstin işğalçı Ermənistanı dəstəkləyirdi və lazım gələrsə canlı qüvvəni göndərməyə hazır olduğunu bildirmişdi. Həyat bumeranqdır. Kim nə edirsə, çevrilib özünə qayıdır. İndi Azərbaycan niyə öz əsgərini Qəzzaya göndərməlidir? Dövlət başçımızın cavabı Azərbaycana ancaq hörmət və nüfuz gətirir. Çünki, biz ədaləti dəstəkləmişik və dəstəkləyirik”-deyə Azər Badamov qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.