AZ

“Mercedes” 52 il sonra ilk dəfə “İlin avtomobili” seçildi

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropada 2026-cı ilin avtomobili müsabiqəsinin nəticələri açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, 59 jurnalistdən ibarət münsiflər heyəti yeddi finalçı arasından yeni “Mercedes CLA” sedanını “İlin avtomobili” seçib.

Digər finalçılar arasında “Skoda Elroq”, “Kia EV4”, “Citroën C5 Aircross”, “Fiat Grande Panda”, “Dacia Bigster” və “Renault 4” avtomobilləri də olub.

Bu, alman brendinin “İlin Avtomobili” müsabiqəsində ikinci qələbəsidir. Belə ki, 52 il əvvəl, 1974-cü ildə “Mercedes”in “450 SE/SEL” modeli bu nüfuzlu titulu qazanıb.

Yeni “Mercedes CLA” həm daxiliyanma mühərrikli avtomobillər, həm də elektrikli avtomobillər üçün nəzərdə tutulmuş MMA (Mercedes-Benz Modular Architecture) platforması üzərində qurulub.

Təkər bazası əvvəlki modellə müqayisədə 61 mm (2790 mm-ə qədər) genişlənib.

Sedanın uzunluğu 35 mm (4723 mm), eni 25 mm (1855 mm), hündürlüyü isə 29 mm (1468 mm) artıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
1
yeniavaz.com

2Mənbələr