WBC-nin yüngül çəki dərəcəsində aralıq titul uğrunda keçirilən döyüş zamanı qeyri-adi hadisə baş verib.
Publika.az xəbər verir ki, qarşılaşmanı dayandırmağa çalışan referi sözün əsl mənasında rinqin döşəməsinə yıxılıb.
Raundlardan birində Hayder Errera Rikardo Nunesi güclü huklar seriyası ilə dəqiq yaxalayıb. Bundan sonra panamalı boksçu səndələməyə başlayıb və geri çəkilib. Kubalı Errera rəqibini nokautla məğlub etmək üçün irəli atılıb və bu, referinin təcili müdaxiləsini zəruri edib.
Hakim Daniyel Van de Vile döyüşü dayandırmaq üçün Erreranı arxadan saxlayaraq kənarlaşdırmağa çalışıb. Lakin bu müdaxilə uğursuz alınıb. referi boksçu tutan zaman rinqin üzərinə yıxılıb.
Rəsmi şəxs ayağa qalxmağa çalışdığı vaxt Errera artıq qələbəni bayram edir, döyüşün bitdiyini düşünürdü. Nunes isə kanatların yanında dayanmışdı və qarşılaşmanı davam etdirməyə hazır görünürdü ki, bu da arenada çaşqınlıq yaradıb.