Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Politico ilə müsahibəsində bildirib.
O qeyd edib ki, İrana insan haqlarının pozulması, nüvə silahlarının yayılması və Rusiya-Ukrayna müharibəsində Rusiyanın dəstəklənməsi səbəbindən artıq sanksiyalar tətbiq olunub.
Kallas əlavə edib: “Rejim tərəfindən etirazların amansız şəkildə basdırılmasına cavab olaraq əlavə sanksiyalar təklif etməyə hazıram”.
Aliyə