Beyləqan rayonunda 5 nəfərin 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi hadisəsinin təfərrüatları məlub olub.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, həmin yeniyetmə natamam ailənin övladıdır.
Belə ki, onun valideynləri boşanıblar. Uşaq anasının himayəsində olub. Tərəflərin ayrılmasından sonra yeniyetmə valideyn nəzarətindən kənarda qalıb.
Bildirilib ki, həmin yeniyetmənin adı məktəbdə getsə də dərslərdə iştirak etməyib, davamiyyəti pis olub və təhsildən yayınıb. Hadisə də məktəbdən kənar ərazidə baş verib.