AZ

12 nəfər həyatını itirdi - Qətliam kimi qəza

Nijeryanın paytaxtı Abuja yaxınlığında idarəetməni itirən yük maşını parkda dayanan avtomobillərə çırpılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Nijerya Milli Yol Təhlükəsizliyi Agentliyindən (FRSC) verilən açıqlamaya görə, hadisə dünən yerli vaxtla saat 11:45 radələrində baş verib. Sürücüsünün idarəetməni itirdiyi bildirilən kömürlə dolu yük maşını parkda dayanan 3 avtomobilə çırpılıb.

Yük maşınının sürücüsünün aşırı sürət səbəbindən idarəetməni itirdiyi bildirib. Yaralılar isə müalicə üçün xəstəxanaya aparılıb.

Seçilən
55
manset.az

1Mənbələr