R.Quliyev qeyd edib ki, fors-major hallarda adətən pul kompensasiyası nəzərdə tutulmur, lakin aviaşirkətlər uzun müddətli gözləmələr zamanı sərnişinlərə yemək, içki, bəzən isə hotel və transfer xidməti göstərməlidirlər:"Bu, beynəlxalq aviasiya praktikalarında qəbul olunmuş yanaşmadır. Sərnişinə alternativ uçuş təklif olunur, lakin sərnişin onu qəbul etməyə də, imtina edib pulunu geri almağa da tam haqlıdır. Burada qərar verən tərəf sərnişindir. Praktikada proses agentlik üzərindən aparılır, amma hüquqi məsuliyyət aviaşirkətə məxsusdur. Sərnişin geri ödəniş almaqda problem yaşayarsa, yazılı müraciət etməlidir".Ekspert vətəndaşlara tövsiyə edib ki, səyahətlər zamanı sağlam turizm şirkətləri ilə əməkdaşlıq etsinlər, çünki turizm əməkdaşları turistin vəkli rolunu oynayır:"Məsuliyyətli turizm şirkətləri sərnişinləri dərhal xəbardar edir və alternativ yollar axtarır ki, turist üçün yaranmış çətin vəzyyət aradan qaldırılsın. Demək olar ki, əksər problemlər məlumat çatışmazlığından yaranır".Sevinc İbrahimzadə / Metbuat.az