AZ

Şahin Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

SİA komitəyə istinadən xəbər verir ki, qəbul yanvarın 16-da saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) baş tutacaq.

Qəbul zamanı Cəlilabad, Masallı, Biləsuvar və Salyan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Seçilən
56
sia.az

1Mənbələr