AZ

Mane Avropaya qayıda bilər

Seneqal millisinin və “Əl-Nəsr”in vingeri Sadio Mane karyerasını yenidən Avropada davam etdirə bilər.

Msport.az  xəbər verir ki, başda “Milan” olmaqla Avropanın daha bir neçə klubu 33 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Manenin Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il avqustdan “Əl-Nəsr”in üzvüdür.

Qeyd edək ki, Sadio Mane “Metz”, “Zaltsburq”, “Southempton”, “Liverpul”, “Bavariya”nın futbolçusu olub.

Seçilən
27
3
msport.az

4Mənbələr