AZ

Azərbaycan pasportu dünyada 62-ci yerdə qərarlaşıb

Passport Index-in 2026-cı il üçün açıqladığı məlumata görə, Azərbaycan dünyada ən güclü pasportlar siyahısında 62-ci yeri tutub.

Oxuməni.az xəbər verir ki, reytinqə əsasən, Azərbaycan vətəndaşları ümumilikdə 85 ölkəyə vizasız və ya sadələşdirilmiş qaydada səyahət edə bilirlər.

Məlumata görə, bu ölkələrdən 35-nə tam vizasız giriş mümkündür. Daha 47 ölkədə viza birbaşa hava limanında verilir, 3 ölkə üçün isə əvvəlcədən elektron icazə tələb olunur. Azərbaycan vətəndaşlarının 113 ölkəyə səfəri zamanı isə viza almaları zəruridir.

Almaz Həsənli

Seçilən
111
1
oxumeni.az

3Mənbələr