AZ

2029-cu ilədək Samur-Abşeron kanalının 30 kilometrlik hissəsinin bərpası yekunlaşdırılacaq

Samur-Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatı yaxşılaşdırılacaq və Ceyranbatan su anbarı dayanıqlı su ilə təmin ediləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Belə ki, 2026−2029-cu illərdə Layihə-smeta sənədlərinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, bərpa işlərinə başlanılması və plan üzrə işlərin 50 faizinin icrası və Samur-Abşeron kanalının 30 kilometrlik hissəsinin və hidrotexniki qurğuların bərpasının yekunlaşdırılması planlaşdırılır.

Seçilən
28
3
day.az

4Mənbələr