Xalq artisti Röya Ayxan bir müddət əvvəl aparıcı Afaq Gəncəlinin onu məclislərdə pis təqdim etdiyini deyərək, qalmaqallı açıqlama vermişdi.
Afaq Röyanı təqdim edərkən "Respublikanın Xalq artisti Röya" sözlərini söyləyib.
Səhnəyə gələn Röya "Bu da mənim Afaqım" deyib. Aparıcı isə "Bu da sənin Afaqın" cavabını verib.
Qeyd edək ki, Röya ilə Afaq uzun müddət idi küsülüydü. Buna səbəb isə Afaqın məclislərdən birində Röyanı istədiyi kimi təqdim etməməsi olmuşdu.