AZ

Quru sərhədlərin bağlı qalmasının ŞOK SƏBƏBLƏRİ: Hökumətin qərarının pərdəarxası məqamları ORTAYA ÇIXDI

Məlumdur ki, uzun müddətdir Azərbaycan qonşu ölkələrlə öz quru sərhədlərini bağlı saxlayır. Bunu müxtəlif səbəblərlə izah edirlər. Ancaq zamanla qonşu ölkələrdə baş verənlər bu qərarın doğruluğu ilə bağlı faktları ortaya qoyur. Belə ki, İranda davam edən etirazlar, insanların ayağa qalxması və rejimə qarşı birləşməsi, yaşanan qarşıdurmalar sərhədlərin bağlı saxlanılmasının doğruluğunu sübuta yetirir. Çünki bu vəziyyətdə hər an Azərbaycan üçün də təhlükə yarana bilər.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, mövcud proseslər sərhədlərin yaxın zamanda açılmasını mümkünsüz edir.

Onun sözlərinə görə, qonşu ölkələrdə təhlükəsizlik risklərinin artması hökumətlərin sərhədlərlə bağlı daha sərt qərarlar verməsinə səbəb olur:

“Xüsusilə vurğulamaq lazımdır ki, qonşu ölkələrdə təhlükəsizliklə bağlı risklər mövcud olduqda sərhədlərin açılmaması hökumətlər üçün prioritetə çevrilir. Bu gün İranda baş verən etirazlar da dolayısı ilə mövcud qərarın haqlılığını bir daha göstərir”.

190w" alt="" width="472" height="626" style="box-sizing: border-box; border: 0px; max-width: 100%; width: 253px; height: auto !important;" class="fr-fil fr-dii">

C.Abbaslı qeyd edib ki, əsas müzakirə mövzularından biri İrandan Azərbaycana mümkün qaçqın axını ehtimalıdır:

“Belə risklər mövcuddur və bu da sərhədlərin açılması ilə bağlı ehtiyatlı davranmağa vadar edir. Düşünürəm ki, indiki mərhələdə sərhədlərin hələ bir müddət bağlı qalması ehtimalı kifayət qədər böyükdür və bu, doğru qərardır”.

Siyasi şərhçi vurğulayıb ki, İranda proseslər tam stabilləşməyənə qədər sərhədlərin açılması məqbul deyil:

“İranda baş verən hadisələr bir müddət də davam edəcək və onun nəticələri zamanla hiss olunacaq. Bu amil Azərbaycanın sərhədlərlə bağlı mövqeyində israrlı qalmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, hazırda karantin rejimi aprelin 1-dək uzadılıb və bu müddət ərzində sərhədlərin açılması ehtimalı demək olar ki, yoxdur:

“Böyük ehtimalla aprelin 1-dən sonra da karantin rejimi uzadılacaq. Bu isə o deməkdir ki, ilin ilk yarısında sərhədlərin açılması ehtimalları xeyli aşağıdır”.

C.Abbaslı əlavə edib ki, Azərbaycan gərgin regionda yerləşir və cəmiyyət artıq sərhədlərin bağlı qalmasına müəyyən qədər adaptasiya olub:

“Qonşu ölkələrdə problemlər tam həll edilənə qədər səbrli olmaq və gözləmək daha məqsədəuyğundur. Bir müddət də dözmək olar”.

Seçilən
25
6
ekologiya.az

7Mənbələr