AZ

Bu klub Şəfa nın futbolçusunu icarəyə götürür

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci Liqanın lideri "Şəfa"nın cinah müdafiəçisi Seymur Rəhimovun yeni iş yeri müəyyənləşmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəhbərliyin özünə klub tapmağı tövsiyyə etdiyi arxa xətt oyunçusunun digər 1-ci Liqa klubuna icarəyə verilməsi gündəmdədir.

Söhbət "Difai"dən gedir. Seymurun "fədailər"ə qoşulması indilik həllini tapmasa da, keçidin yaxın günlərdə reallaşacağı gözlənilir.

Qeyd edək ki, 1-ci Liqanın turnir cədvəlində 30 xalla şəriksiz lider mövqeyində qərarlaşan "Şəfa" 2-ci pillədəki "Baku Sportinq"i 5 xal qabaqlayır.

Nihat 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
fanat.az

2Mənbələr