AZ

Prospektdə sol zolağı tutan yük maşını yol boyu təhlükə saçdı VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində yol-hərəkəti qaydalarını pozan sürücü lentə alınıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə videomaterial göndərib. Hadisə yanvarın 11-də saat 00:00 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, yüklə dolu iri tonajlı yük avtomobili sol hərəkət zolağında irəliləyir. Şikayətçinin bildirdiyinə görə, yük maşınının sürücüsü nəqliyyat vasitəsini yüksək sürətlə idarə edərək yol boyu sol zolaqda hərəkət edib.

Xatırladaq ki, “Yol hərəkəti haqqında” qanunun 49-cu maddəsinin V hissəsinə əsasən, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yollarda tam kütləsi 3,5 tondan artıq olan nəqliyyat vasitələrinin sol kənar zolaqda hərəkəti qadağandır. Yalnız hərəkət istiqamətini sola dəyişmək və ya sola dönmə halları istisna təşkil edir.

Nərmin

Oxunub 254

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
avtosfer.az

1Mənbələr