BAKI, 12 yanvar. TELEQRAF
Rusiyanın "Dinamo Moskva" klubu BƏƏ-də keçiriləcək təlim-məşq toplanışına futbolçusu Ülvi Babayevi aparmayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Sport-Ekspress" məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi həmçinin komandanın sosial şəbəkədəki mesajlaşma qrupundan da kənarlaşdırılıb.
Babayevin "Dinamo" ilə müqaviləsinin bitməsinə altı ay qalıb və o, hazırda istənilən klubla danışıqlar apara bilər.
Daha əvvəl Babayevin "Spartak Moskva" ilə müqavilə imzalamağa yaxın olduğunu deyilirdi.
Qeyd edək ki, əslən azərbaycanlı olan Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasının üzvüdür.