Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Bakının Nərimanov rayonunda yerləşən 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasında təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı satınalma elan edib.
BAKU.WS-in əldə etdiyi məlumata əsasən, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən binada havalandırma sisteminin tam yenilənməsi, daxili elektrik təchizatı və işıqlandırma işlərinin görülməsi nəzərdə tutulur.
Layihənin ehtimal olunan qiyməti 8 milyon 938 min manat təşkil edir.
Qeyd edək ki, layihə inzibati binanın texniki vəziyyətinin yaxşılaşdırılması və iş şəraitinin müasir tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.


