AZ

Azərbaycan daha bir ölkədən toxumluq kartof tədarük etməyə başlayıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 6,5 milyon ABŞ dolları dəyərində 8 min 181 ton toxumluq kartof idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2,2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 3,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4 dəfə çox) 3 min 820 ton (+5 dəfə), Gürcüstandan 752 min ABŞ dolları dəyərində (+44 dəfə) 2 min 221 ton (+44 dəfə), Almaniyadan 663 min ABŞ dolları dəyərində (+5 %) 541 ton (-0,1 %), Niderlanddan 567 min ABŞ dolları dəyərində (+21 %) 523 ton (+33 %), Ukraynadan 549 min ABŞ dolları dəyərində (+10 dəfə) 865 ton (+5 dəfə) məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Fransadan tədarük (45,4 min ABŞ dolları dəyərində 40 ton) həyata keçirilib.

Seçilən
15
banco.az

1Mənbələr