“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza bu ay İngiltərə nəhəngini tərk etməyə yaxındır.
Msport.az xəbər verir ki, italiyalı futbolçu sabiq klubu “Yuventus”a qayıtmaq istəyir.
Turin təmsilçisi Kyezanı sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürməyi hədəfləyir və keçidin yaxın bir həftə ərzində reallaşmaq ehtimalı böyükdür.
Qeyd edək ki, Kyeza 2024-cü ilin avqustunda, 12 milyon avro qarşılığında “Yuventus”dan transfer olunub. Onun “qırmızılar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. “Liverpul”da 20 matça çıxan Federiko ümumilikdə 469 dəqiqə meydanda olub, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.