AZ

Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edildi

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ölkə.az xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili bildirib.

Məlumata görə, Qaribaşviliyə əlavə olaraq 1 milyon lari (təxminən 371 min dollar - red.) cərimə tətbiq olunub, həmçinin qanunsuz gəlirlər və axtarış zamanı müsadirə edilən vəsait dövlət xeyrinə müsadirə ediləcək.

Xatırladaq ki, Qaribaşvili Gürcüstanın Baş naziri vəzifəsini 2013-2015 və 2021-2024-cü illərdə tutub. O, 2024-cü ilin fevralın 1-də hakim “Gürcü Arzusu” partiyasının sədri seçilib, ötən ilin aprelin 25-də vəzifəsini tərk edərək siyasətdən getdiyini bildirib.

Seçilən
83
2
olke.az

3Mənbələr