AZ

MEDİA-nın 5 illik fəaliyyəti dövründə mediaya qazandırdığı uğurlar

"Beş illik fəaliyyəti dövründə Azərbaycan mediasının konkret sərhədləri müəyyənləşdi, hüquqi bazası yaradıldı". 

Paralel.az xəbər verir ki bunu “Hit.az”a “Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətə başlamasından 5 il ötür: 

"Bu 5 ili əsasən Azərbaycan mediasında sistemli islahatlar və rəqəmsal transformasiya dövrü kimi qiymətləndirmək olar. Çünki 2021-ci ilin yanvarında yaradılan MEDİA agentliyi qısa müddətdə medianın həm hüquqi, həm də iqtisadi əsaslarının yenidən qurulmasında mərkəzi rol oynadı. Bu beş illik fəaliyyəti dövründə Azərbaycan mediasının konkret sərhədləri müəyyənləşdi, hüquqi bazası yaradıldı".


V.Həsənli vurğulayıb ki, agentliyin ən böyük nailiyyətlərindən biri yeni "Media haqqında" qanunun hazırlanması və tətbiqi oldu:

"Bu qanunla Azərbaycanın media sahəsindəki pərakəndəlik aradan qaldırıldı, onlayn media subyektlərinin hüquqi statusu müəyyənləşdi, ən əsası da Media Reyestri yaradıldı. Hazırda Azərbaycan mediası xaotik mühitdən institusional qaydaya uğurlu keçid dövrünü yaşayır. Media Reyestrinin ən böyük üstünlüyü odur ki, peşəkar jurnalistlərlə bu addan sui-istifadə edənləri fərqləndirməyə imkan yaradır".

Həmsöhbətimiz vurğulayıb ki, MEDİA-nın 5 illik fəaliyyəti dövründə dövlət tərəfindən media subyektlərinə ayrılan maliyyə yardımları daha şəffaf və müsabiqə əsaslı formaya keçib:

"Bu, redaksiyaların maddi-texniki bazasının güclənməsinə və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Təsadüfi deyil ki, son 5 ildə minlərlə jurnalist bu imkanlardan yararlanır, agentlik tərəfindən onlar üçün yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlimlər keçirilir. Bu təlimlərdə jurnalistlərə yeni media trendləri və rəqəmsal jurnalistika, dezinformasiya ilə mübarizə, media etikası və peşə standartlar və s məsələlərlə bağlı təcrübələr qazandırılır.

Bu gün Azərbaycan mediasının səsi beynəlxalq miqyasda da yaxşı eşidilir. Xüsusilə də son illər ənənəvi hala çevrilən Şuşa Qlobal Media Forumu dünyanın aparıcı media qurumlarını bir araya gətirərək Azərbaycanın haqlı səsini dünyaya çatdırmaq üçün mühüm platformaya çevrilib.
 

Düşünürəm ki, cənab Prezidentin Şuşa Qlobal Media Forumunda verdiyi önəmli mesajlar da məhz Azərbaycan jurnalistləri üçün yol xəritəsidir. 


Mən fürsətdən istifadə edərək, Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov başda olmaqla, qurumun bütün kollektivini ürəkdən təbrik edirəm".

Seçilən
23
8
paralel.az

10Mənbələr