AZ

Sabahın havası- QAR YAĞACAQ

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Seçilən
343
49
Ajans.az

10Mənbələr