AZ

Obameyanqdan yeni rekord

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq Afrika Millətlər Kubokunun (AFCON) tarixində yeni rekorda imza atıb.

"Unikal" xəbər verir ki, o, 2025-ci il dekabrın 28-də Mozambikə qarşı keçirilən oyunda (2:3) fərqlənərək, turnir tarixində uzun müddətdən sonra qol vuran futbolçu olub.

Obameyanq Afrika Millətlər Kubokundakı ilk qolunu 2012-ci il yanvarın 23-də Nigerə qarşı (2:0) keçirilən matçda vurmuşdu. Onun AFCON-dakı ilk və son qolları arasındakı fərq 13 il 339 gün təşkil edir.

Bu göstərici ilə o, əvvəlki rekordçu – zambiyalı Kaluşa Bualyanı 9 gün geridə qoyaraq zirvəyə yüksəlib.

Lakin turnir Obameyanq üçün təkcə rekordla deyil, həm də qalmaqallı şəkildə Qabon millisindən uzaqlaşdırılması ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
4
unikal.az

5Mənbələr