AZ

Pezeşkian İrandakı mitinqə qatılıb

İran Prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qarşı hakimiyyətin təşkil etdiyi mitinqdə iştirak edib.

Missiya.Az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Bildirilib ki, aksiya İslam Respublikası tərəfindən etirazlara cavab olaraq keçirilib və dövlət qurumlarının dəstəyi ilə təşkil olunub.

Məlumata görə, media Pezeşkianın mitinqdə iştirakını geniş şəkildə işıqlandırıb.

Qeyd olunub ki, İran Prezidenti “sionist rejimin və Amerikanın terror aktlarına qarşı” təşkil edilən aksiyaya qatılıb. Bununla hakimiyyət etirazları xarici qüvvələrlə əlaqələndirməyə çalışıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr