“ABŞ, İrandakı rejimi qan tökməyə davam etməkdən çəkindirmək məqsədilə və mövcud hakimiyyəti bu kimi addımlardan dolayı durdurmaq məqsədilə ard-arda çağırışlar edir və bəyanatlar verir. Bu arada iki ölkə arasında telefon danışıqları da baş verib və ABŞ hələ ki vəziyyəti sabitləşdirmək təşəbbüsünü hansısa müdaxilədə yox, məhz çağrışlar və bəyanatlar formasında ifadə etməkdə görür. Amma, bu o anlama gəlmir ki, hansısa müdaxilə mexanizmi istisnadır”.
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi ABŞ-ın İrana mümkün müdaxiləsindən danıışarkən deyib. O bildirib ki, İran məsələsində ABŞ-İsrail cütlüyünün yekdil siyasətləri var:
“Bu siyasətin nəticəsidir ki, xüsusilə də İsrailin kifayət qədər İranın daxilində aventura şəbəkəsi mövcuddur və bu qüvvələr ölkədə baş verənləri tətikləməkdə maraqlı qüvvələrdir. ABŞ bu qüvvələr vasitəsilə baş verənlərə birbaşa nəzarət mexanizmi tətbiq edə bilir və iğtişaşlar məhz onların planı üzərində həyata keçirilir, desək yanılmarıq. Bu baxımdan baş verənlər hələ ki, birbaşa müdaxilə planına ehtiyacın olmadığını göstərir.
Süleyman