AZ

Sahibkarlara ŞAD XƏBƏR: Şəffaf işləyən bizneslər üçün yeni imkanlar yaranır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Üfüqi monitorinq mexanizmi artıq məcəlləyə daxil edilib. Formal baxımdan bu sistem müsbət təsir bağışlasa da, ona real olaraq nə qədər vergi ödəyicisinin qoşulacağı hələ də sual altındadır. Bununla belə, yaxın gələcəkdə bu sistemə qoşulanların olacağı gözlənilir".Bunu Demokrat.az-a açıqlamasında vergi eksperti Mehdi Babayev deyib. Ekspert bildirib ki, əsas sual bu mexanizmin mahiyyəti və əhəmiyyətidir ki, bu mexanizm niyə məcəlləyə salındı, necə işləyir, ondan necə faydalanmaq olar və gələcəkdə hansı üstünlüklər verəcək:"Bununla yanaşı, sistemin yalnız müsbət tərəfləri yox, müəyyən riskləri və mənfi cəhətləri də mövcuddur. Üfüqi monitorinqə qoşulmaq ciddi məsuliyyət tələb edir. Bu mexanizm yalnız dürüst vergi ödəyiciləri üçün nəzərdə tutulub, gəlir və xərclərinin uçotunu şəffaf aparan, vergidən yayınmaq niyyəti olmayan, vergi və ödəniş mədəniyyəti yüksək olan sahibkarlar bu sistemdə iştirak etməyə daha çox maraq göstərəcəklər".Onun sözlərinə görə, bu sistem şəffaf işləyən bizneslər üçün yeni imkanlar yarada bilər, amma qaydalara əməl etməyənlər üçün riskləri də artırır.Əfsanə Kamal 

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
demokrat.az

1Mənbələr