AZ

Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti yenidən uzadılır

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihəsi təqdim edib.

Bu barədə "RBC Ukrayna" məlumat yayıb.

Sənədlərdə Ukraynada hərbi vəziyyət və səfərbərliyin 2026-cı ilin fevralın 3-dən, 2026-cı ilin mayın 3-nə qədər uzadılması təklif olunur.

Qanun layihələri baxılmaq üçün Ali Radaya təqdim olunub. Təsdiqlənərsə, Ukraynada mövcud təhlükəsizlik tədbirləri və səfərbərlik prosesləri davam edəcək.
Seçilən
19
15
7news.az

10Mənbələr