Azərbaycan ilə ABŞ arasında dəmiryol infrastrukturu, telekommunikasiya, kosmik texnologiyalar, süni intellekt texnologiyaları üçün data mərkəzlərinin tikintisi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov ilə Azərbaycanda səfərdə olan ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyəti arasındakı görüşdə aparılıb.
Görüşdə Azərbaycanla ABŞ arasında məzmunca zənginləşən strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub.