AZ

“Telegram” 2025 ci ildə 44 milyondan çox kanal və qrupu bloklayıb

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

“Telegram” administrasiyası 2025-ci ildə 2024-cü illə müqayisədə onun siyasətini pozan 2,7 dəfə çox kanal və qrupu bloklayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat messencerin veb saytındakı statistikada öz əksini tapıb.

Məlumata görə, ümumilikdə, 44,085 milyon kanal və qrup bloklanıb. Ən çox bloklanma sayı 2025-ci ilin dördüncü rübündə baş verib - 17,416 milyondan çox.

Bloklama uşaqlara qarşı cinsi istismar məzmunlu materialları olan 950 000-dən çox kanal və qrupa (+28.02%), həmçinin terror məzmunlu materialları olan 234 mindən az təşkilata (+66.6%) təsir göstərib.

Təkcə 1 yanvar 2026-cı il tarixində təxminən 543 min kanal və qrup bloklanıb.

Bu, monitorinqin başlandığı tarixdən bəri (1 dekabr 2023-cü il) bir gündə 500 mindən çox kanal və qrupun bloklandığı üçüncü haldır.

Əvvəlki iki pik hədd 2024-cü ilin noyabr ayında qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
yeniavaz.com

3Mənbələr