AZ

Müdafiə Nazirliyi 1,5 milyonluq tenderi ləğv etdi – SƏBƏB

Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun avtomobil texnikalarına təmir və servis göstərilməsi üçün çərçivə sazişi ilə nəticələnəcək xidmətin satın alınması (LOT 3) ilə bağlı elan edilmiş tender ləğv olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ehtimal olunan qiyməti 1 497 703 manat olan satınalmanın ləğv edilməsinə səbəb iştirakçı sayının tələb olunan həddən az olmasıdır.

Belə ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1. maddəsinə əsasən) müsabiqə baş tutmayıb.

Seçilən
12
fed.az

1Mənbələr