Danimarka parlamentinin üzvü Rasmus Yarlov bəyan edib ki, Kopenhagen heç bir halda, o cümlədən nüvə silahı ilə hədələmə fonunda belə Qrenlandiyanı ABŞ-a vermək niyyətində deyil.
Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, Danimarkanın suverenliyi və Qrenlandiyanın statusu istənilən formada təzyiqə və ya məcburi danışıqlara açıq deyil. Yarlov vurğulayıb ki, digər dövlətlərin təhdidlərinin miqyası və xarakterindən asılı olmayaraq, bu məsələ Danimarkanın dəyişməz mövqeyi olaraq qalacaq.
Millət vəkili qeyd edib ki, Qrenlandiya ilə bağlı bu cür ssenarilər tamamilə qəbuledilməzdir və Kopenhagenin adanın statusuna dair mövqeyinə heç bir təsir göstərə bilməz.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı yenidən sərt açıqlamalar verərək, adanın bu və ya digər şəkildə Vaşinqtonun nəzarəti altına keçəcəyini iddia etmişdi.