“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa karyerasını “Tottenhem”də davam etdirə bilər.
Msport.az xəbər verir ki, londonlular braziliyalı futbolçu üçün “Vest Hem”ə 30 milyon avro məbləğində rəsmi təklif göndərib.
Eyni zamanda, Paketayla Braziliya klubu “Flamenqo” da maraqlanır və danışıqlar aparır. “Vest Hem” bu qış onu satmağa hazırdır.
28 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.