Bakı. Trend:
Qarabağ Dirçəliş Fondunun “Dirçəliş Kuboku” xeyriyyə minifutbolturnirinin “A” qrupu üzrə çıxış edən “Balakhani Operating CompanyLTD”nin futbol komandası həftəsonu qrupdakı rəqibləri “AzerbaijanCoca-Cola Bottlers” komandası ilə qarşılaşıb.
Trend xəbərverir ki, Balaxanı neftçiləri üstün oyun nümayiş etdirərəkrəqiblərinin qapısına 10 qol keçiriblər. Onlardan 4-nü komanda üzvüRauf Əliyev vurub. Beləliklə, “Balakhani Operating Company LTD”-ninfutbol komandası “A” qrupunda mövqeyini gücləndirib.
Dekabr ayında keçirilən püşkatma mərasimində turnirə qatılan 40komanda hər birində 10 heyət olmaqla 4 qrupa bölünüb. “A” qrupundaçıxış edən digər şirkətlər arasında “Azercell”, “Pasha RealEstate”, “McDonalds Azərbaycan” da var. Balaxanı neftçilərininnövbəti oyunu Azercell komandası ilə gözlənilir.
Xatırladaq ki, bu Azərbaycan Futbol FederasiyalarıAssosiasiyasının (AFFA) dəstəyi ilə Qarabağ Dirçəliş Fondutərəfindən keçirilən “Dirçəliş Kuboku”nun ikinci mövsümüdür.Xeyriyyə turnirinin bu dəfəki mövsümündə iştirak edən komandalartərəfindən Fonda ümumilikdə 115.000 manat vəsait ianə edilib. Əldəolunan vəsait işğaldan azad edilmiş ərazilərdə idmaninfrastrukturunun yaradılmasına yönləndiriləcək.
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümününrəsmi açılış mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətininsədri Rəhman Hacıyev tərəfindən təmsil olunan şirkətlərə“Təşəkkürnamə”lər təqdim edilib.