Məşhur Barbi gəlincik ailəsinə yeni bir gəlincik əlavə olunur. Mattel şirkəti autizmli ilk gəlinciyini təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə "Daily Mirror" qəzeti məlumat yayıb.
Oyuncaq səs-küyü ləğv edən qulaqlıqlar, fırlanan cihaz və alternativ rabitə üçün tətbiqləri olan planşet ilə birlikdə təqdim olunur.
Qeyd olunur ki, yeni Barbi gəlinciyinin dirsəkləri və biləkləri xüsusilə elastikdir. Bu, artan jestlərin autizmli insanların ətrafdakı dünya haqqında məlumatları daha effektiv şəkildə emal etməsinə və emosiyalarını çatdırmasına kömək etməsi fikri ilə izah olunur.