AZ

Külək güclənəcək, bəzi yerlərdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında, həmçinin ölkənin əksər bölgələrində yanvarın 13-dən 14-ə qədər küləkli hava şəraiti gözlənilir.

“Doğru.az”-ın məlumatına görə, bu gün və sabah küləyin sürəti bəzi bölgələrdə 20.8-28.4 m/san-dək güclənəcək.

Meteoroloqlar bildirirlər ki, hava arabir yağıntılı olacaq, bəzi yerlərdə yağış sulu qar formasına keçə bilər. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı yüksəkdir.

DOĞRU.AZ 

Seçilən
1
dogru.az

1Mənbələr