AZ

Azərbaycanın enerji sistemində mühüm addım



"Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilib. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Lalə Məmmədova “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib. O bildirib ki, sözügedən stansiyanın açılışı Azərbaycan enerji sektorunda əldə etdiyi mühüm uğurlardan biridir. Hakim partiya təmsilçisi qeyd edib ki, Azərbaycan bununla həm də alternativ enerji mənbələri "yaşıl enerji"yə nə dərəcədə üstünlük verdiyini ortaya qoymuş oldu"

"Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq".

Anar
Seçilən
35
newscenter.az

1Mənbələr