AZ

Azərabycana idxal olunan armaturlar və şüşə listlər üçün müvəqqəti əlavə gömrük yığımı müəyyənləşib

Dəmir armaturlar və şüşə listlər üçün müvəqqəti əlavə gömrük yığımları müəyyənləşib.
APA xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalaylb.
Qərara əsasən, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların (dəmir armaturlar) 1 tonu üçün - 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.

Bu Qərar 2026-cı il 2 yanvar tarixindən tətbiq edilir və 2026-cı il 30 iyun tarixinədək qüvvədədir.

Seçilən
29
5
apa.az

10Mənbələr