AZ

Yasmin Levi Azərbaycana gəlir

Məşhur israilli müğənni Yasmin Levi Azərbaycana gələcək.

Publika.az xəbər verir ki, Yasmin Levi martin 1-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

O, ispan dilində öz bəstələrini ifa etməsi ilə tanınır.

Müğənni yaradıcılığında Əndəlus flamenkosunun üslubunu etnik və müasir musiqi alətlərinin müşayiəti ilə birləşdirərək unikallığı ilə seçilir.

Yasmin Levinin 2005-ci ildə işıq üzü görən ilk albomu "Romance & Yasmin" BBC tərəfindən “Ən yaxşı debüt” nominasiyasında mükafatlandırılıb.

Seçilən
44
1
publika.az

3Mənbələr