AZ

Mərasim evləri yas zamanı yemək verilməsini dayandırmalıdır Deputat

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Cəmiyyətin ümumi vəziyyətini və insanların maddi durumunu nəzərə alan bir çox kənd və rayonlarda artıq yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı razılaşmalar əldə olunur. İnsanlar bir araya gəlib bu mövzuda normal və rasional qərarlar verirlər. Şəhər şəraitində isə insanların geniş şəkildə toplanıb ümumi qərar qəbul etməsi daha çətindir. Buna görə də bu məsələni bina-bina, kvartal-kvartal həll etmək daha real və səmərəli yanaşma ola bilər".Bunu Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O, bildirib ki, əgər bu praktika geniş şəkildə tətbiq olunsa, həm insanlar üçün rahatlıq yaranar, həm də maddi yük xeyli azalır:"Mərasim evləri də bu istiqamətdə prinsipial mövqe sərgiləyə, onlara müraciət edən vətəndaşlara yemək verilməsini dayandıra bilərlər. Bu, heç kəsi məcbur etməz, amma insanları daha sadə, sakit və xərcsiz yas mərasimlərinə yönəldə bilər".Deputat bildirib ki, yas mərasimlərini bir növ nümayişə və ya rəsmi mərasimə çevirmək düzgün yanaşma deyil:"Əsas məqsəd insanlara dəstək olmaq və onların kədərini paylaşmaqdır, yoxsa maddi və sosial yarış yaratmaq yox". Qeyd edək ki, bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi bu məsələni yenidən gündəmə gətirib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr