ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Neftçi” cümə günü qış fasiləsində keçirdiyi ilk yoxlama oyununda “Kayrat”ı darmadağın etdi – 3:0. Azərbaycanlı futbolsevərlərin bu oyunla bağlı təəssüratı yalnız “ağ-qaralar”ın yaydığı 4 dəqiqəlik videoicmal əsasında formalaşdı. Bildiyiniz kimi, oyun qapalı keçirildi, yayınlanmadı. Səbəbini öyrənmək üçün “Neftçi”nin mətbuatkatibi Asəf Zeynallı ilə ələqə saxladıq. Məlum oldu ki, bu qərar hər iki komandanın baş məşqçisinin istəyi ilə verilib. Xatırladaq ki, “Neftçi” növbəti oyunu sabah – yanvarın 13-də Misirin “Piramids” komandasına qarşı keçirəcək.MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.