AZ

İran rialı etirazlar fonunda tarixi minimuma düşdü

Ajans.az RBK-ya istinadən xəbər verir ki, beynəlxalq Forex bazarında USD/IRR məzənnəsi 12 yanvar Bazar ertəsi günü bir dollar üçün 994,055 rial təşkil edib. 9 yanvarda bu göstərici 1.000,260 riala çatmışdı. 2025-ci ilin sonunda isə bir dollar 42,050 rial idi. Beləliklə, bu il dollar İran rialına qarşı Forex bazarında 2.278,74% dəyər qazanıb. Qara bazar məlumatlarına görə, Bonbast.com saytında 12 yanvar bazar ertəsi günü dollar 1,4435 milyon rial səviyyəsində ticarət olunub. 6 yanvarda göstərici 1,4825 milyon rial, 31 dekabr 2025-də isə 1,35 milyon rial idi. Noyabrın ortalarında, iğtişaşlardan əvvəl, dollar 1,12 milyon rial dəyərində ticarət olunurdu.

 

Seçilən
99
Ajans.az

1Mənbələr