AZ

Avropa çempionatında Azərbaycanı iki güllə atıcısı təmsil edəcək

Azərbaycanın iki güllə atıcısı Bolqarıstanın Burqas şəhərində gənclər arasında keçiriləcək Avropa çempionatında iştirak edəcək.

90deqiqe.Az Beynəlxalq Atıcılıq İdman Federasiyasına (ISSF) istinadla xəbər verir ki, yarışda ölkəmizi Leyli Əliyeva və İmran Qarayev təmsil edəcəklər. Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə mübarizə aparacaqlar.

Hər iki idmançı fərdi çıxışla yanaşı, qarışıq komanda yarışında da qüvvələrini sınayacaq.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı fevralın 9–15-də keçiriləcək.

Seçilən
22
1
90deqiqe.az

4Mənbələr