Mövsümün ikinci yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan "Qarabağ", "Zirə" və "Sumqayıt" komandaları bu gün yoxlama oyunlarına çıxacaqlar.
Redaktor.az xəbər verir ki, Ağdam klubu Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə qarşılaşacaq.
"Zirə" Rumıniyanın "Çiksereda", "Sumqayıt" isə Serbiyanın OFK (Belqrad) komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşündə Macarıstanın "Pakş" kollektivinə 1:5 hesabı ilə məğlub olub.