Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı teleaparıcı Vladimir Solovyovun açıqlamalarına sərt reaksiya verərək onu “it” adlandırıb.
Aznews.az xəbər verir ki, Rubinyan bu barədə “Facebook”da bildirib.
Erməni vitse-spiker qeyd edib ki, “it hürür, karvan gedir”.
O vurğulayıb ki, burada “it” deyərkən Solovyovu nəzərdə tutur və onu “rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmvətəni” kimi xarakterizə edib.
Rubinyanın sözlərinə görə, “karvan” isə “sülh və inkişaf yolunda əmin addımlarla irəliləyən Ermənistan”dır.