AZ

İsmayıllıda qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlanıb

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi, 13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Adil Əli oğlu Qaradaşlıya məxsus quş kəsimi sexində yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, baxış zamanı sexin antisanitar şəraitdə və qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Ev quşlarının kəsimi baytarlıq tələbləri və heyvan rifahı gözlənilmədən həyata keçirilir, müvafiq təmizlik işləri aparılmır, işçi heyət tibbi müayinəyə cəlb olunmayıb və xüsusi geyimdən istifadə etmir, istifadə olunan alət və avadanlıqların təmizliyinə nəzarət olunmur və digər sanitar-gigiyenik tələblər pozulub.

Faktla bağlı obyektin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
4
moderator.az

5Mənbələr