AZ

Paşinyan: Qadınlar korrupsiyaya kişilərə nisbətən daha az meyllidir

ain.az, Bizimyol saytına istinadən bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, qadınlar korrupsiya xarakterli sövdələşmələrə kişilərlə müqayisədə daha az meyllidirlər.

Bizimyol.info xəbər verir ki, baş nazir bunu məhkəmə sistemi işçilərinin gününə həsr olunmuş panel müzakirəsində çıxış edərkən deyib.

Paşinyan qeyd edib ki, subyektivlik və “korrupsiya düşüncə tərzi” qadınlara daha az xasdır və bunun konkret səbəbləri var. Onun sözlərinə görə, qadınlar kişilərlə müqayisədə kriminal mühitə daha az yaxın olur, kriminal subkulturanın təsirinə isə daha az məruz qalırlar.

Paşinyan “gəlin bu məsələni kişi kimi həll edək” ifadəsini də kriminal subkulturanın əlaməti hesab etdiyini vurğulayıb.

Baş nazir həmçinin əlavə edib ki, Ermənistanda ədalət mühakiməsinə görə əsas məsuliyyət qadınların üzərinə düşür. Onun fikrincə, hüquq-mühafizə sistemində əsas amil təhsil, eləcə də kriminal subkultura ilə səmərəli mübarizənin qurulmasıdır.

Qeyd edək ki, hazırda Ermənistanda baş prokuror, daxili işlər naziri, ədliyyə naziri və cəzaçəkmə müəssisələri idarəsinin rəhbəri vəzifələrini qadınlar tutur.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
icma.az

1Mənbələr